Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Ağdama səfər edib - VİDEO
18:33 23 Noyabr 2020

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdama səfər edib.
Femida.az -ın məlumatına görə, bununla bağlı Birinci xanım Mehriban Əliyeva İnstagram hesabında paylaşım edib.
Birinci xanım Mehriban Əliyevanın paylaşdığı videoda Prezident İlham Əliyev işğaldan azad edilmiş torpaqlara keçdiklərini, istiqamətin Ağdam şəhəri olduğunu bildirib.
“Ağdam şəhərini və işğal altında olmuş rayonunun torpaqlarını bir güllə atmadan azad etdik. Düşməni döyüş meydanında məğlub edərək, məcbur etdik ki, Ağdam rayonundan çəkilsin”, - deyə Azərbaycan Prezidenti əlavə edib.
Prezident İlham Əliyev Ağdama gedən yolda düşmənin müdafiə xətlərini göstərərək deyib ki, Ağdam şəhərinə qədər düşmənin bir neçə müdafiə xətti olub.
Oxunub: 496
Oxşar xəbərlər
- Prezidentdən müharibə əlilləri və şəhid ailələri ilə bağlı SƏRƏNCAM
- Prezident Xalq artistini təbrik etdi
- Prezident SOCAR-la bağlı fərman imzaladı
- Prezident yeni qurum yaratdı (FƏRMAN)
- Prezident Sumqayıtda iki zavodun təməlini qoydu
- Prezidentin köməkçisindən Azərbaycanın aldığı vaksinlərlə bağlı açıqlama
- Prezident Şuşada “Qazançılar kilsəsi”ndə olub - FOTO
- Prezident və ailəsi Cıdır düzündə - Fotolar
- Prezident Füzuli-Şuşa yolunun və hava limanının təməlini qoydu - VİDEO+FOTOLAR
- Prezident İlham Əliyevin Füzuli və Şuşaya səfərindən - FOTOREPORTAJ