İctimai iaşə müəssisələrində karantin tələblərinin tətbiqi üzrə əlaqələndirici şəxs olacaq
19:50 23 Noyabr 2020

“Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 6 iyul tarixli 237 nömrəli Qərarına edilən dəyişikliyə əsasən hər bir ictimai iaşə müəssisəsi tərəfindən karantin tələblərinin tətbiqi üzrə əlaqələndirici şəxs müəyyənləşməlidir.
Femida.az-ın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin qərarına dəyişiklik edilib.
Dəyişikliyə əsasən, karantin tələbləri üzrə əlaqələndirici (məsul) şəxs funksiyaları ictimai iaşə müəssisəsinin işçilərindən birinə həvalə edilir. Bu təyinat müəssisədaxili rəsmiləşdirilməlidir.
Həmin məsul şəxs epidemiya əleyhinə mövcüd tələblərin müəssisədə tətbiqinin təşkili, bu tələblərin yerinə yetirilməsinə yerində nəzarəti həyata keçirməklə bərabər nəzarətedici dövlət qurumları ilə qarşılıqlı fəaliyyətdə əlaqələndirici olacaq, müəssisənin işçilərini təlimatlandıracaq, dezinfeksiya tədbirlərini təşkil edəcək, bu tədbirlərin müəssisədaxili qeydiyyat formaları və cədvəllərini tərtib edəcək, icrasına müəssisə daxilində nəzarət edəcək.
Məsul şəxs bütün təmizlik və dezinfeksiya tədbirlərinin davamlı olaraq qeydiyyatının aparılması üçün gündəlik müntəzəm nəzarət formalarını, habelə keyfiyyətə nəzarət cədvəllərini tərtib etməli və onların icrasına nəzarəti həyata keçirməlidir.
Oxunub: 278
Oxşar xəbərlər
- İctimai nəqliyyatda həftəsonu qadağası uzadıldı
- İctimai iaşə obyektlərində monitorinqlər davam edir
- İctimai nəqliyyat iki gün işləməyəcək
- İctimai nəqliyyat saat 8-ə kimi işləyəcək
- İctimai nəqliyyatın fəaliyyəti bərpa olundu
- İctimai nəqliyyatın fəaliyyəti iki günlük dayandırıldı
- İctimai nəqliyyatın fəaliyyəti yenidən iki günlük dayandırıldı
- İctimai nəqliyyatın fəaliyyəti iki günlük dayandırıldı
- İctimai nəqliyyatda reyd keçirilib, cərimələnənlər var
- İctimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə qadağandır