Lerikdə avtomobil dərəyə aşıb, sürücü ölüb
20:12 23 Noyabr 2020

Lerik rayonunda yol qəzası baş verib.
Hadisə Piran kəndindən qışlaq yoluna qalxan hissədə qeydə alınıb.
Belə ki, Cəlilabad rayonunun Alar kənd sakini, 1970-ci il təvəllüdlü Davud Alıxan oğlu Əliyev idarə etdiyi “Niva” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək təxminən 90 metr hündürlükdən aşağı dərəyə yuvarlanıb. Nəticədə sürücü hadisə yerində dünyasını dəyişib. Mərhumun meyiti Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. Hadisəyə hava şəraitinin yağıntılı olması ilkin səbəb kimi göstərilir.
Faktla bağlı araşdırma aparılır.
Oxunub: 348
Oxşar xəbərlər
- Lerikdə müəllim yol qəzasında ölüb
- Lerikdə "Aşura" mərasimi keçirmək istəyənlər saxlanıldı
- Lerikdə meşədə yanğın olub
- Lerikdə maşın dərəyə yuvarlanıb, 3 nəfər ölüb
- Lerikdə zorakılığa məruz qalan məktəbli sığınacağa yerləşdiriləcək
- Lerikdə avtomobil dərəyə aşıb, biri azyaşlı olmaqla 2 nəfər ölüb
- Lerikdə avtomobil körpüdən çaya aşıb, ölən var
- Lerikdə ruhi xəstə avtomobil qaçırıb
- Lerikdə zəlzələ olub
- Lerikdə 7 otaqlı ev yanıb