Ağdamın Gülablı kəndindəki keçmiş orta məktəbdə Azərbaycan bayrağı qaldırılıb
21:43 23 Noyabr 2020

Azərbaycan Ordusunun bölmələri Ağdam rayonunun Gülablı kəndində yerləşən keçmiş orta məktəbdə üçrəngli dövlət bayrağımızı yüksəldiblər.
Femida.az -ın məlumatına görə, işğalçı Ermənistan silahlı qüvvələrinin əvvəllər yerləşdiyi məktəbin ərazisi mina və digər partlayıcılardan təmizlənib. Sonra hərbçilərimiz Gülablı kənd orta məktəbinin qarşısında sıra düzülüşündə ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edib. Dövlət Himni ifa olunub. "Qarabağ Azərbaycandır!" deyən döyüşçülər Azərbaycan bayrağını dalğalandırıb.
Oxunub: 329
Oxşar xəbərlər
- Ağdamın Şelli kəndi - VİDEO
- Ağdamın Pərioğlular kəndi - VİDEO
- Ağdamın Qiyaslı kəndi - VİDEO
- Ağdamın Seyidli kəndi - VİDEO
- Ağdamın Çuxurməhlə kəndi - VİDEO
- Ağdamın Ağdamkənd kəndi - VİDEO
- Ağdamın Şahbulaq kəndi
- Ağdamın Şelli kəndində Azərbaycan bayrağı ucaldılıb
- Ağdamın keçmiş təmas xəttinin yanındakı kəndlərdə pambıq yığımı başlayıb
- Ağdamın işğaldan azad olunması qeyd edildi - VİDEO