ANAMA daha 31 mina və partlamamış hərbi sursatı zərərsizləşdirib
09:02 24 Noyabr 2020
20-23 noyabr tarixlərində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Cəbrayıl, Füzuli, Xocavənd, Tərtər rayonları ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən – 83 (səksən üç) və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən – 8 (səkkiz) müraciət daxil olub.
ANAMA-dan Femida.az-a verilən məlumata görə, daxil olmuş 91 çağırış əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 58 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.
Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 16 ədəd partlamamış hərbi sursat (PHS), 27 ədəd tank əleyhinə mina, 2 ədəd tank əleyhinə minanın partladıcısı, 1 ədəd piyada əleyhinə mina, 2 ədəd bombacıq, 1 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator və 119 ədəd partlamış mərmi qalıqları aşkar olunmuşdur.
Agentliyin partlayış qrupu tərəfindən 31 ədəd mina və partlamamış hərbi sursat (PHS), 2 ədəd bombacıq zərərsizləşdirilib, Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 72 355 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.
Femida.az
Oxunub: 545
Oxşar xəbərlər
- ANAMA-nın əməkdaşı Cəbrayılda minaya düşüb
- ANAMA-nın Aparat rəhbəri işdən ayrılıb, yeni vəzifəyə təyin olunub
- ANAMA mina təhlükəsi olan kəndlərdə İcma Komitələri yaradıb
- ANAMA daha 30 minaaxtaran it alacaq
- ANAMA minaya düşən əməkdaşının vəziyyəti ilə bağlı məlumat yayıb
- ANAMA azad edilən ərazilərdə quruculuq işləri aparan şəxslərə təlim keçib
- ANAMA-dan Ağdamda minaya düşən əməkdaşı ilə bağlı açıqlama
- ANAMA-nın əməkdaşı minaya düşüb
- ANAMA qadın minaaxtaran vəzifəsinə işçi qəbulu elan edib
- ANAMA yeni minatəmizləmə texnikaları almağı planlaşdırır