Məktəbəqədər kursda yanğın olub


02:05     17 Dekabr 2015 c0ee28a0584775bd696925071f81d9914.jpg

Paytaxtda məktəbəqədər kurs mərkəzində yanğın olub.


femida.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Səbail rayonunda üçmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan məktəbəqədər kurs mərkəzində dəhlizin taxtadan ibarət arakəsmə divarı 2 kv.m sahədə yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Açar sözlər:

Oxunub: 883