Prezident Məkkədən gətirdiyi Quranı Ağdam məscidinə bağışladı
10:38 24 Noyabr 2020
Bu gün mən Ağdam məscidinə Məkkədən gətirdiyim “Qurani-Kərim”i bağışladım.
Femida.az xəbər verir ki, bunu noyabrın 23-də işğaldan azad olunmuş Ağdam şəhərinə səfər edən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev deyib.
"Mən xoşbəxt adamam ki, dörd dəfə Məkkə ziyarətində olmuşam. Bir dəfə rəhmətlik atamla, üç dəfə isə Prezident kimi. Xoşbəxtəm ki, mən ailə üzvlərimlə bərabər müqəddəs Kəbənin içində dualar etmişəm. Hər bir insanın ürəyində nə varsa, mənim ürəyimdə də eyni duyğulardır. Etdiyim duaların arasında birinci duam torpaqlarımızın işğaldan azad edilməsi idi. Allahdan xahiş edirdim, mənə güc versin ki, biz torpaqları işğalçılardan azad edək, o xoşbəxtliyi bizə nəsib etsin, biz yenə də dədə-baba torpağımıza qayıdaq", - deyə dövlət başçısı bildirib.
Femida.az
Oxunub: 1121
Oxşar xəbərlər
- TƏBİB: "Yeni ailə quranlara vaksinasiya tövsiyə olunmur"
- Mehriban Əliyeva Şuşa məscidinə “Qurani-Kərim” bağışladı
- ABŞ-da təhsil alan, Kanadada şirkət quran Şuşa döyüşçüsü - FOTOLAR
- Gəncədə Şah Abbas məscidindən “Quran” oğurlanıb
- Bibiheybət ziyarətgahında Azərbaycanın Birinci vitse-prezidentinə Qurani-Kərim hədiyyə olunub - FOTO
- Quran sözü böyük yazılacaq
- Sahil Babayev biznes quran qadınları təbrik etdi
- Çayçı qadına 5,3 milyon manat kredit verilib - İşi quran KİMDİR? (Məhkəmə)
- Dağıstanda qanunsuz biznes quran azərbaycanlı axtarılır - Video
- Həzrəti Əlinin Düldül adlı atının ayaq izləri olan məkan -«Qurani-Kərim»də adı çəkilən mağara haqqında bilmədikləriniz +VİDEO