BMT Qarabağı minalardan təmizləyəcək
11:31 24 Noyabr 2020

BMT-nin Ərazilərin Minalardan Təmizlənməsi Xidməti Dağlıq Qarabağda xüsusi missiyasının yerləşdirilməsi üçün dekabr ayının əvvəlində burada lazımi yardımın qiymətləndirilməsinə başlamağı planlaşdırır.
Femida.az xəbər verir ki, bu barədə TASS-a BMT-nin Sülhməramlı Əməliyyatları Departamentinin rəsmi nümayəndəsi bildirib.
"BMT-nin Ərazilərin Minalardan Təmizlənməsi Xidməti tərəflərin istəyi və BMT-nin digər bölmələri, yerdəki ölkə nümayəndələri ilə koordinasiyada təcili olaraq Dağlıq Qarabağda missiyanın yerləşdirilməsi üzərində işləyir. Ehtimal ki, lazımi yardımın qiymətləndirilməsi dekabrın əvvəlində başlayacaq", - deyə məlumatda qeyd olunub.
Femida.az
Oxunub: 365
Oxşar xəbərlər
- BMT marixuananı təhlükəli narkotiklər siyahısından çıxarıb
- BMT Qarabağda humanitar ehtiyacları qiymətləndirmək üçün Rusiya ilə işləməyə hazır olduğunu bildirib
- BMT Azərbaycanın çağırışı əsasında qətnamə qəbul edib
- BMT-nin Ali Komissarı Ermənistanın hücumlarını pislədi
- BMT qətnamələrinin icra olunması üçün petisiya hazırlandı
- BMT TŞ Qarabağ məsələsini müzakirə etdi
- BMT Təhlükəsizlik Şurası Qarabağa görə toplanır
- BMT-də Dağlıq Qarabağdakı vəziyyətlə bağlı qapalı iclas keçirilib
- BMT-dən döyüşlərlə bağlı bəyanat
- BMT Baş katibi Azərbaycan və Ermənistana çağırış etdi