Ermənistanda koronavirusdan ölüm sayı 2 mini ötdü


11:52     24 Noyabr 2020 2020/01/koronovirus2_1580468432.jpg

Ermənistanda son sutka ərzində daha 813 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Femida.az xəbər verir ki, ölkədə COVID-19 virusuna yoluxanların ümumi sayı 127 522 nəfərə yüksəlib.

Ermənistanda koronavirusdan bir gündə 26 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 2002-yə çatıb.

Hazırda aktiv xəstələrin sayı 26 069 nəfərdir.

Femida.az

Açar sözlər:

Oxunub: 387