Saatlıda koronavirus xəstəsinə cinayət işi açılıb
12:27 24 Noyabr 2020

Saatlı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən koronavirus pandemiyasının qarşısının alınması məqsədi ilə tədbirlər mütəmadi olaraq davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Femida.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən rayon ərazisində koronavirus testi müsbət çıxmış şəxslərin yaşadığı ünvanı tərk edib-etməməsi yoxlanılarkən bir nəfər rayon sakini olan K.Sadıqovun karantin qaydalarına zidd davranaraq evini tərk etdiyi və qonşuluqda yaşayan sakinlərin evinin həyətinə daxil olaraq xəstəliyin yayılmasına real təhlükə yaratdığı müəyyən edilib.
Həmin şəxsin qanunazidd hərəkətlərinin qarşısı alınıb və müalicəsinin davam etdirmək üçün yenidən yaşadığı ünvana gətirilib.
Saatlı RPŞ-nin İstintaq Bölməsində araşdırma aparılır.
Femida.az
Oxunub: 240
Oxşar xəbərlər
- Saatlıda şəhid hərbçi dəfn edilib
- Saatlıda daş hasar aşdı, qaz xətti zədələndi
- Saatlıda ev yanıb
- Saatlıda polis toyu yarımçıq dayandırdı
- Saatlıda mənzildən 4800 manat pul oğurlanıb
- Saatlıda qatar avtomobili vurub, xəsarət alanlar var
- Saatlıda karantin qaydalarını pozan şəxslər cərimələndi
- Saatlıda baş verən yol-nəqliyyat hadisələri zamanı 2 nəfər ölüb
- Saatlıda baş verən qəzada 4 polis yaralanıb
- Saatlıda su kanalına düşən şəxs xilas edilib