Çavuşoğlu: "Biz razılaşmanı daimi həllə aparacağı üçün dəstəkləyirik"
14:57 24 Noyabr 2020

“Böhranın əvvəlindən etibarən diplomatik səfərbərliyə başladıq. Təmaslarımızda Ermənistanın PKK/PYD/YPG terrorçularını Dağlıq Qarabağda yerləşdirdiyini, bütün dünyanın ermənilərin müharibədə iştirakına təşviq etdiyini, dinc sakinləri qəsdən hədəf aldığını göstərdik. Bu ölkənin Türkiyə əleyhinə apardığı qarayaxma kampaniyasını nümayiş etdirdik”.
Femida.az xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
“Minsk qrupunun 30 ildir davam edən işsizliyi qarşısında Azərbaycanın haqlı davasını beynəlxalq səviyyədə layiqincə müdafiə etmək üçün biz də məsələyə girdik. Başda cənab prezidentimiz olmaqla mənim və rəhbərlik etdiyim idarənin gerçəkləşdirdiyi təmaslarda həmsöhbətlərimizə gerçəkləri danışdıq. Ermənistan isə çıxıb diplomatik həll yoxdur dedi. Nəticədə Azərbaycanın qəhrəman ordusu ilə meydanda qazandığı nailiyyətlə 30 illik status-kvonu dəyişməyi bacardı. Ermənistan isə meydanda təslim olmaq məcburiyyətində qaldı. Son dövrdə Azərbaycan tərəfi ilə hər səviyyədə yaxın təmaslarda olduq. Cənab prezidentimizın təmaslarından əlavə, mən və Milli Müdafiə Nazirliyinin rəsmiləri dəfələrlə Bakıya getdik. Azərbaycana həm meydanda, həm masada tam dəstək verdik. Razılaşma Azərbaycan xalqı tərəfindən coşqu ilə qarşılandı. Mən də bu coşqunun Bakıda şahidi oldum”, - o deyib.
Nazir vurğulayıb ki, razılaşmada Azərbaycanın ərazi bütövlüyü təsdiqlənib: “Azərbaycan tərəfindən qəbul edilən razılaşmanı daimi həllə aparacaq elementlər ehtiva etdiyi üçün dəstəkləyirik. Azərbaycanın haqlılığı və ərazi bütövlüyü bu razılaşmada təsdiqlənib. Azərbaycan ərazilərinin bir qismini hərbi əməliyyatlarla geri qaytardı, digər qismini isə anlaşma çərçivəsində geri alır. Bundan başqa, işğal altındakı Azərbaycan ərazilərini tərk etmək məcburiyyətində qalan qardaşlarımız evlərinə qayıda biləcək. Həm də Naxçıvan ilə Azərbaycan arasında birbaşa əlaqə qurulur”.
Femida.az
Oxunub: 256
Oxşar xəbərlər
- "Azəriqaz": Xırdalanda partlayış ərazisindən yeraltı qaz kəməri keçmir
- Ombudsman Aparatı: Əfqan Sadıqov komada deyil
- DSMF sədri: “6500-dən artıq saxta əlillik işi ləğv edilib”
- XİN: Vitaliy Milonovun Azərbaycan dövlətinə və xalqına qarşı qəbuledilməz ifadələr işlətməsini qəti şəkildə pisləyirik
- Oğlanlarda Yusif, qızlarda Zəhra - Azərbaycanda ən çox qoyulan adlar
- Baş prokuror: “Qarabağ Dirçəliş Fondu”nun yaradılması “Böyük Qayıdış”ın rəmzidir
- Peskov: ABŞ səfirliyinin açıqlaması Rusiyanın daxili işlərinə müdaxilədir
- Zahid Zairli: "Canavar" ləqəbli 20 yaşlı şəhidimiz
- XİN: Azərbaycanlı dənizçinin nəşinin Vətənə gətirilməsi üçün tədbirlər görüləcək
- Rusiya XİN: “ABŞ daxili problemləri ilə məşğul olsun”