Cəlilabadda yaşayış yerini tərk edən üç koronavirus xəstəsi saxlanılıb
16:46 24 Noyabr 2020

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə COVID-19 infeksiyasına yoluxmuş 3 nəfər rayon sakininin yaşayış yerini tərk etdiyi müəyyənləşib.
DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan "Report"un Muğan bürosuna verilən məlumata görə, Cəlilabad rayonunun Sərhədabad kənd sakini E.Qədirov, Zopun kənd sakini N.Nəsirov və Privolnoye kənd sakini A.Nuriyevə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib və onlara tətbiq olunan qaydalara riayət etməsi, yaşayış yerini tərk etməməsi tapşırılıb.
Lakin Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxslərin yaşayış yerlərini tərk etdiyi müəyyən edilib və onlar aşkar edilərək yaşadıqları ünvanlara qaytarılıblar.
COVID-19 infeksiyasının daşıyıcısı olan hər üç şəxslə profilaktik söhbətlər aparılıb, onların bu hərəkətlərinin digər şəxslərin həyat və sağlamlığı üçün təhlükəli olduğu diqqətinə çatdırılıb və tam sağalanadək evdən çıxmamaları barədə ciddi xəbərdarlıq ediliblər.
Onların törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün araşdırma aparılır.
Femida.az
Oxunub: 198
Oxşar xəbərlər
- Cəlilabadda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
- Cəlilabadda keçmiş məhkum 4 kq narkotiklə tutuldu
- Cəlilabadda avtomobil aşıb, ölən və xəsarət alanlar var
- Cəlilabadda COVID-19 xəstəsi barədə cinayət işi başlanılıb
- Cəlilabadda yanğın - 1 nəfər ölüb
- Cəlilabadda karantini pozan 2 kafe aşkarlandı
- Cəlilabadda narkotik alverçiləri saxlanıldı
- Cəlilabadda avtomobildən 3 kq narkotik tapılıb
- Cəlilabadda yol qəzası olub, xəsarət alan var
- Cəlilabadda quru ot sahəsi yanır