Azərbaycanlı icmasından Belçika parlamentinə çağırış
16:47 24 Noyabr 2020
Belçikada yaşayan azərbaycanlı icması Azərbaycanın ərazi bütövlüyünün tanınması və işğalçını dəstəkləyən addımların atılmaması ilə bağlı Belçika Parlamenti və Avropanın bir sıra beynəlxalq qurumlarına müraciət edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Femida.az-a verilən məlumata görə, Belçika Parlamentinin rəhbərliyinə, Xarici İşlər Nazirliyinə, bu ölkənin Azərbaycandakı səfirliyinə, Avropa Birliyinə, bütün siyasi partiyalara və digər qurumlara ünvanladığı müraciətdə qeyd edilib ki, Azərbaycan Ordusunun Qarabağda qazandığı qələbəni həzm edə bilməyən erməni separatçıları və onların diaspor adı altında fəaliyyət göstərən havadarları yenidən hərəkətə keçiblər. Onlar Niderland və Belçika parlamentlərində olan bəzi anti-Azərbaycan qüvvələri ilə birlikdə Dağlıq Qarabağdakı qondarma və cinayətkar rejimin tanınması ilə bağlı addımlar atılmasına cəhdlər göstərirlər. Belə cəhdlərdən biri Brüssel şəhərində "Artsax" ofisinin açılması və qondarma rejimlə diplomatik əlaqələrin qurulmasına dair məsələnin gündəmə gətirilməsidir. Yaxın günlərdə bu məsələnin Belçika parlamentində müzakirəyə çıxarılması gözlənilir.
Bu addıma kəskin etirazını bildirən azərbaycanlı icması xəbərdarlıq edib ki, Azərbaycanın dünya birliyi, o cümlədən Belçika dövləti tərəfindən tanınan ərazi bütövlüyünə zidd olan belə qərarın qəbulu beynəlxalq hüquq və normalara zidd olmaqla yanaşı, həm də Azərbaycan-Belçika əlaqələrinə, Avropa İttifaqı ilə Azərbaycanın münasibətlərinə zərbə vura bilər.
Femida.az
Oxunub: 550
Oxşar xəbərlər
- Azərbaycanlı aktyor belə öldürüldü - DƏHŞƏTLİ VİDEO YAYILDI
- Azərbaycanlılara qarşı soyqırımından 104 il ötür
- Azərbaycanlı tələbə Ukraynada necə əsir düşüb? – ÖZÜ DANIŞIR
- Azərbaycanlı “qanuni oğru” Rafiq Masallı güllələndi
- Azərbaycanlı cəmiyyət sədri Ukraynada mühasirəyə düşüb
- Azərbaycanlı deputatlar İrəvanda Göy məscidi ziyarət ediblər
- Azərbaycanlı tələbə Rusiyada qətlə yetirildi - FOTO
- Azərbaycanlı gənc Rusiyada partlayışda ölüb
- Azərbaycanlı məşhur kriminal avtoritet öldürüldü
- Azərbaycanlı məşqçi koronavirusdan vəfat edib