Nazirlik: Evində huşsuz vəziyyətdə tapılan Səfurə İbrahimova müayinə olunub
18:17 24 Noyabr 2020

"Səfurə xanım uzun illərdir, Könül xanımın himayəsindədir”.
Bu barədə Mədəniyyət Nazirliyindən APA-nın sorğusuna cavabda deyilir.
Bildirilib ki, Nazirliyin İncəsənət şöbəsinin əməkdaşı Xalq artisti Səfurə İbrahimovanın qardaşı qızı Könül xanımla əlaqə saxlayıb.
“Son günlər Səfurə xanımın qardaşının səhhətində problemlər yarandığı üçün Könül xanım atasının yanında qalıb. 23 noyabr tarixində Səfurə İbrahimova müayinə olunmaq üçün xəstəxanaya aparılıb, müayinə zamanı səhhətində ciddi problem aşkarlanmayıb. Səfurə İbrahimova hazırda qardaşı qızının evindədir”, - deyə məlumatda deyilir.
Qeyd edək ki, bir neçə gün əvvəl Xalq artisti Səfurə İbrahimova evində huşsuz vəziyyətdə tapılıb.
Onu Fövqəladə Hallar Nazirliyinin əməkdaşları xilas edib.
Oxunub: 246
Oxşar xəbərlər
- Nazirlik: Axtarışda olan 78 nəfər saxlanılıb
- Nazirlik: 190 manat birdəfəlik ödəmə vəsaitlərinin köçürülməsi başa çatdırılıb
- Nazirlik: “190 manat birdəfəlik ödəmə ilə bağlı bu ödəməni almış şəxslərin təkrar müraciətinə ehtiyac yoxdur”
- Nazirlik: Düşmən əks-təbliğat aparmaq məqsədilə məlumat əldə etməyə çalışır - FOTO
- Nazirlik: Reabilitasiya Mərkəzində sabahdan yaralı hərbçilərimizə xidmət göstəriləcək
- Nazirlik: Ermənistan informasiya müharibəsində də hər cür təxribata əl atır
- Nazirlik: Ermənilər media nümayəndələrinə qarşı təxribat törədirlər
- Nazirlik: Düşmənə köməyə gələn ehtiyat qüvvələr məhv edilib
- Nazirlik: Azərbaycanda internetin verilməsi məhdudlaşdırılıb
- Nazirlik: Azərbaycana gələn ərəb ovçulara ciddi nəzarət olunur