Prezident “Sosial müavinətlər haqqında” qanuna təklif edilən dəyişiklikləri təsdiq edib
18:47 24 Noyabr 2020

Prezident İlham Əliyev “Sosial müavinətlər haqqında” qanuna təklif edilən dəyişiklikləri təsdiq edib.
Femida.az xəbər verir ki, qanuna əsasən, övladlığa götürülən uşağa görə hansı halda müavinətin təyin ediləcəyi müəyyənləşib. Belə ki, qanuna dəyişiklik layihəsi ilə övladlığa götürülən uşağa görə müavinət valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 3-18 yaş arası uşağı, o cümlədən 0-18 yaş arası sağlamlıq imkanları məhdud uşağı övladlığa götürən şəxsə 2021-ci il yanvarın 1-dən sonra övladlığa götürülən uşaq üçün (uşağın övladlığa götürülməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi təqdim edildikdə) təyin olunacaq.
Həmçinin, dövlət qulluqçularına ömürlük müavinət, yaşa görə müavinət, 18 yaşından yuxarı əlilliyi olan şəxslərə əlilliyə görə müavinət, ailə başçısını itirməyə görə müavinət, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinətlərdən birini almaq hüququ olan şəxslərin övladlığa götürülən uşağa, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa görə aylıq müavinət almaq hüququ yarandıqda, həmin şəxslərə hər iki müavinət təyin ediləcək.
Oxunub: 401
Oxşar xəbərlər
- Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
- Prezidentdən müharibə əlilləri və şəhid ailələri ilə bağlı SƏRƏNCAM
- Daha bir qaziyə Prezident təqaüdü və müavinət veriləcək
- Prezident Xalq artistini təbrik etdi
- Prezident SOCAR-la bağlı fərman imzaladı
- “Məmurlar dürüst, xalqına və dövlətinə sadiq olmalıdır” – Prezidentin köməkçisi
- Prezident yeni qurum yaratdı (FƏRMAN)
- "Əcdadlarımız bugünkü mərasimi görsəydilər, yəqin ki, şad olardılar" - Prezident
- Azərbaycan və Türkmənistan prezidentləri videokonfrans formatında görüşüb
- ABŞ-ın yeni prezidenti Co Baydenin andiçmə mərasimi keçirilib