ABŞ Rusiya şirkətlərinə qarşı sanksiya tətbiq edib
21:05 24 Noyabr 2020

ABŞ Rusiya şirkətlərinə qarşı sanksiya tətbiq edib.
Femida.az -ın TASS-a istinadən verdiyi xəbərə görə, ABŞ Rusiyanın “Aviazapçast”, “Elekon” səhmdar şirkətlərinə və “Nilco Group” şirkətinə qarşı sanksiya tətbiq edib.
Vaşinqton bu şirkətlərin İran, Koreya Xalq Demokratik Respublikası və Suriyada kütləvi qırğın silahlarının yayılmamasına dair ABŞ-ın milli qanunvericiliyi pozmaqda günahlandırır.
ABŞ Dövlət Departamenti sanksiyaların tətbiqi ilə bağlı müvafiq bildirişi ABŞ hökumətinin rəsmi sənədlərinin dərc olunduğu Federal Reyestrə yerləşdirib.
Bildirişdə qeyd olunub ki, Rusiyanın adı çəkilən şirkətlərinə qarşı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar noyabrın 6-da qüvvəyə minib. Siyahıda Rusiya şirkətləri ilə yanaşı Çinin iki şirkətinin adı da yer alıb.
Sanksiyaların müddəti iki ildir, lakin ABŞ Dövlət katibinin qərarı ilə bu müddət endirilə və ya sanksiyalar ləğv oluna bilər.
Oxunub: 234
Oxşar xəbərlər
- Abşeronun sabiq baş memarının həbs müddəti uzadılıb
- ABŞ-da son sutkada COVID-19-a 283 204 yoluxma qeydə alınıb, 3456 nəfər ölüb
- ABŞ-da ilk dəfə bir günə 4 mindən çox COVID-19 xəstəsi ölüb
- ABŞ-da koronavirus qurbanlarının sayı 350 mini ötdü
- ABŞ-da 70 ildən sonra ilk dəfə qadın edam ediləcək
- ABŞ-da həbsxanada atışma olub, ölən və yaralanan var
- Abşeronda ağır qəza baş verib, ölən var
- Abşeronda yolu keçən piyadanı maşın vuraraq öldürüb
- ABŞ Gürcüstanı əlavə “Javelin”lərlə təmin edəcək
- Abşeronda yol qəzası oldu, xəsarət alanlar var