ABŞ Rusiya şirkətlərinə qarşı sanksiya tətbiq edib
21:05 24 Noyabr 2020
ABŞ Rusiya şirkətlərinə qarşı sanksiya tətbiq edib.
Femida.az -ın TASS-a istinadən verdiyi xəbərə görə, ABŞ Rusiyanın “Aviazapçast”, “Elekon” səhmdar şirkətlərinə və “Nilco Group” şirkətinə qarşı sanksiya tətbiq edib.
Vaşinqton bu şirkətlərin İran, Koreya Xalq Demokratik Respublikası və Suriyada kütləvi qırğın silahlarının yayılmamasına dair ABŞ-ın milli qanunvericiliyi pozmaqda günahlandırır.
ABŞ Dövlət Departamenti sanksiyaların tətbiqi ilə bağlı müvafiq bildirişi ABŞ hökumətinin rəsmi sənədlərinin dərc olunduğu Federal Reyestrə yerləşdirib.
Bildirişdə qeyd olunub ki, Rusiyanın adı çəkilən şirkətlərinə qarşı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar noyabrın 6-da qüvvəyə minib. Siyahıda Rusiya şirkətləri ilə yanaşı Çinin iki şirkətinin adı da yer alıb.
Sanksiyaların müddəti iki ildir, lakin ABŞ Dövlət katibinin qərarı ilə bu müddət endirilə və ya sanksiyalar ləğv oluna bilər.
Oxunub: 399
Oxşar xəbərlər
- Abşeronda hərbi sursat aşkarlanıb
- ABŞ-da atışma olub, ölən və yaralananlar var
- ABŞ səfirliyi Anım Günü ilə bağlı Azərbaycana başsağlığı verib
- Abşeronda kişi qısqanclıq zəminində bıçaqlanıb
- ABŞ Qarabağla bağlı narahatlığını bildirib
- ABŞ dünya ictimaiyyətini meymunçiçəyi ilə mübarizə aparmağa çağırır
- ABŞ-da paradda atışmada ölənlərin sayı 7 nəfərə çatıb
- ABŞ və İran nümayəndələri arasında danışıqlar davam etdiriləcək
- Abşeronda quldurluq edən iki nəfər saxlanılıb
- ABŞ-da yük maşınında 46 nəfərin meyiti aşkarlanıb