Prezident İlham Əliyev ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub
21:31 24 Noyabr 2020

Noyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Femida.az xəbər verir ki, telefon danışığı zamanı Azərbaycan Respublikası Prezidentinin, Rusiya Federasiyası Prezidentinin və Ermənistanın baş nazirinin 10 noyabr tarixli birgə Bəyanatının bəndlərinin yerinə yetirilməsi ilə bağlı məsələlər müzakirə edilib, davamlı atəşkəs rejimindən, Rusiya sülhməramlı missiyasının rəhbərliyi ilə Azərbaycanın müvafiq strukturlarının rəhbərliyi arasında sıx əlaqələrin yaradılmasından məmnunluq bildirilib.
Dövlət başçıları, həmçinin azərbaycanlı və erməni əhaliyə humanitar yardım göstərilməsi məsələlərini müzakirə ediblər. Söhbətin gedişində 10 noyabr tarixli birgə Bəyanatın bəndlərinə müvafiq olaraq nəqliyyat infrastrukturunun inşası və nəqliyyat kommunikasiyalarının açılması məsələləri müzakirə edilib. Regionda uzunmüddətli sülhün təmin ediləcəyinə əminlik bildirilib.
Oxunub: 394
Oxşar xəbərlər
- Prezidentin köməkçisindən Azərbaycanın aldığı vaksinlərlə bağlı açıqlama
- Prezident Şuşada “Qazançılar kilsəsi”ndə olub - FOTO
- Prezident və ailəsi Cıdır düzündə - Fotolar
- Prezident Füzuli-Şuşa yolunun və hava limanının təməlini qoydu - VİDEO+FOTOLAR
- Prezident İlham Əliyevin Füzuli və Şuşaya səfərindən - FOTOREPORTAJ
- Prezident dəstəyə görə ICESCO-ya minnətdarlıq etdi
- Prezident Sadır Japarovu təbrik etdi
- Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb
- Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başlayıb
- Prezidentin yaratdığı Agentliyə yeni sədr təyin edilib