Mehdiabadda piyadanı avtomobil vurub
09:12 25 Noyabr 2020

Abşeron rayonunda yol qəzası zamanı bir nəfər ağır xəsarət alıb.
Femida.azxəbər verir ki, yol-nəqliyyat hadisəsi Mehdiabad qəsəbəsində qeydə alınıb.
Piyadalar üçün müəyyən edilməmiş hissədə yolu keçən 31 yaşlı İsrafilov Elçin Bahadur oğlunu minik avtomobili vurub. Yaralı 3 nömrəli şəhər klinik xəstəxanasına yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti ağırdır.
Oxunub: 277