10 dərəcə şaxta, qar, çiskin - BU GÜNÜN HAVASI
09:59 25 Noyabr 2020
Bu günə gözlənilən hava şəraiti açıqlanıb.
Femida.az -a Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi yerlərdə çiskinli olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi axşam arabir güclənəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 9-12, Bakıda gecə 5-7, gündüz 9-11 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət 65-75 faiz olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, noyabrın 25-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Oxunub: 265
Oxşar xəbərlər
- 10 yaşlı Nərminin qətlində təqsirləndirilən İlkin Süleymanovun şikayəti təmin edilməyib
- 1000-dək şəhid ailəsinə pensiya və müavinət təyin olundu
- 10 kq-a yaxın narkotik dövriyyədən çıxarılıb
- 10 şəhər və rayon üzrə işsizlərə 190 manat veriləcək
- 10 azyaşlını ilan sancıb - RƏSMİ AÇIQLAMA
- 103 yeni yoluxma - 4 nəfər öldü
- 1000-dən çox ASAN könüllüsü çimərliklərdə vətəndaşların xidmətində - Fotolar
- 10 yaşlı azərbaycanlı ABŞ-da Prezident Mükafatı aldı - FOTOLAR
- 102 yaşlı Azərbaycan polisi - TARİX
- 10 rayona yeni prokuror təyin edildi - RƏSMİ