Xalq artisti Şabranda dəfn olunacaq


10:58     25 Noyabr 2020 2020/11/ejder2_1606285737.jpg

Dünən Kliniki Tibbi Mərkəzdə vəfat edən Azərbaycanın teatr və kino aktyoru, Xalq artisti Əjdər Həmidov bu gün Şabranda dəfn olunacaq.

Femida.az
xəbər verir ki, bu barədə Dövlət Akademik Milli Dram Teatrının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı məlumat verib.

O bildirib ki, aktyor ata və anasının yanında dəfn olunmağını vəsiyyət edib.

Xatırladaq ki, bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilən Əjdər Həmidov insultdan əziyyət çəkirdi.

Açar sözlər:

Oxunub: 390