Astarada çayda batan şəxsin meyiti tapılıb


11:20     25 Noyabr 2020 2020/11/2e624ecf-5ef5-3537-800e-3e2077d814fc_850_1606289115.jpg

Noyabrın 22-də Pensər çayının Astara rayonu, Şiyəkəran kəndi ərazisindən keçən hissəsində 1966-cı il təvəllüdlü Qulamov İsmayıl Şıxı oğlunun axtarışları başa çatıb.

Bu barədə Femida.az - a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

İ.Qulamovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılıb və aidiyyəti üzrə təhvil verilib.

Açar sözlər:

Oxunub: 396