Beyləqanda yaşadığı ünvanı tərk edən COVID-19 xəstələri müəyyən edilib


13:33     25 Noyabr 2020 20_11_25_1606296836.jpg


Beyləqan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən koronavirus pandemiyasının qarşısının alınması məqsədi ilə tədbirlər mütəmadi olaraq davam etdirilir.


DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Femida.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən rayon ərazisində koronavirus testi müsbət çıxmış şəxslərin yaşadığı ünvanı tərk edib-etməməsi yoxlanılarkən iki nəfərin - rayon sakinləri X.Məmmədov və İ.Zeynallının karantin qaydalarına zidd davranaraq yaşadıqları ünvanı tərk etdikləri müəyyən edilib.

Həmin şəxslərin qanunazidd hərəkətlərinin qarşısı alınıb və yenidən yaşadıqları ünvana gətiriliblər. Onlarla profilaktiki mövzuda söhbətlər aparılaraq koronavirus pandemiyasının bəşəri bəla olduğunu, bütün dünyanın bu bəladan əziyyət çəkdiyi deyilib.

Beyləqan RPŞ-nin İstintaq Bölməsində araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 488