Ərdoğan: "Türkiyənin dəstəyi sayəsində Ermənistanın işğalı sona çatıb"


13:50     25 Noyabr 2020 erdogan.jpg


“Dağlıq Qarabağda 30 illik ədalətsizliyin sona çatmasına töhfəmiz oldu”.

Femida.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.

“Ölkəmizin dəstəyi sayəsində Azərbaycanın Qarabağ ərazisində Ermənistan işğalı sona çatmış, daimi həllə yönələn ümidlər ilk dəfə artıb. Dünənədək ortalıqda olmayan, hətta bu məsələdə açıq şəkildə Ermənistana dəstək verən Minsk qrupunun həmsədri bəzi ölkələrin razılaşma ilə bağlı dilə gətirdiyi narahatlıqların heç bir dəyəri yoxdur”, - Prezident bildirib.

Femida.az

Açar sözlər:

Oxunub: 578