“Torpaqlarımızın işğal altına düşməsində əsas günahkar Azərbaycan Xalq Cəbhəsidir”
14:28 25 Noyabr 2020

Kəlbəcər rayonunun işğal altına düşməsi o vaxt hakimiyyətdə olmuş Azərbaycan Xalq Cəbhəsinin birbaşa məsuliyyətidir. Bütövlükdə torpaqlarımızın işğal altına düşməsində əsas günahkar Azərbaycan Xalq Cəbhəsidir. Çünki əgər 1992-ci ildə onlar qanunsuz yollarla hakimiyyətə gəlməsəydilər, əgər dövlət çevrilişi etməsəydilər, bəlkə də, torpaqlarımız işğal altına düşməyə bilərdi.
Femida.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bu fikirləri xalqa müraciətində söyləyib.
“Əlbəttə ki, tarixə qayıdıb nə ola bilərdi, nə olmaya bilərdi demək çox çətindir. Ancaq hər halda, torpaqlarımızın işğal altına düşməsində onların birbaşa iştirakı, əli var və bu məsuliyyəti onlar daşıyır. Çünki 1992-ci ilin yaz aylarında hakimiyyət uğrunda mübarizə pik həddə çatmışdı. Azərbaycanda daxili çəkişmələr baş alıb gedirdi, xaos, böhran yaranmışdı, siyasi böhran yaranmışdı və hakimiyyət uğrunda mübarizə çox ciddi fəsadlara gətirib çıxarmışdı. Ermənistan isə bundan istifadə edərək torpaqlarımızı zəbt etməyə davam edirdi”, - deyə dövlətimizin başçısı xatırladıb.
Şuşa və Laçının işğalından sonra vəziyyətin kritik həddə çatdığını qeyd edən Prezident İlham Əliyev deyib: “Bundan istifadə edən Azərbaycan Xalq Cəbhəsi dövlət çevrilişi edərək hakimiyyətə gəldi. Ancaq ondan sonra nə oldu? Ondan sonra bütün səylərini öz laxlamış hakimiyyətini möhkəmləndirmək, ölkəmizdə repressiyalar təşkil etmək, senzuranı tətbiq etmək və digər antidemokratik addımlar atmağa yönəltdi. Torpaqlarımız işğala məruz qalırdı, mülki əhalimiz öz dədə-baba torpaqlarından didərgin salınırdı, Azərbaycan Xalq Cəbhəsi, onun rəhbərliyi ancaq bir məqsədi güdürdülər ki, öz ciblərini doldursunlar, öz yaxın adamlarını vəzifələrə təyin etsinlər və öz hakimiyyətinin ömrünü uzatsınlar. Kəlbəcərin işğal altına düşməsi bax, bu çirkin addımların nəticəsi idi”.
Femida.az
Oxunub: 305
Oxşar xəbərlər
- Azərbaycan əsgəri minaya düşərək şəhid olub
- Azərbaycanda jurnalist qətlə yetirilib - FOTO
- Bu gün Türkmənistan və Azərbaycan nisbətən gənc müstəqil dövlətlərdir - İlham Əliyev
- "Əcdadlarımız bugünkü mərasimi görsəydilər, yəqin ki, şad olardılar" - Prezident
- 218 nəfər koronavirusa yoluxdu, 9 nəfər vəfat edib
- Xanlar Vəliyev: Ötən il Azərbaycan tarixinə qızıl hərflərlə yazılmışdır
- İlham Əliyev: Nəqliyyat-logistika sahəsində əməkdaşlıq daha yüksək səviyyəyə çatacaq
- Məsuliyyətə cəlb olunan Hərbi Prokurorluq işçilərinin SAYI
- Qəsdən adam öldürmə cinayətləri 30% azalıb - Hərbi Prokurorluq
- 2315 nəqliyyat vasitəsi geri qaytarılıb - DİN