Rusiya Qarabağdakı sülhməramlılarının sayını artırdığını təkzib edib
14:56 25 Noyabr 2020

"Rusiya Federasiyasının Dağlıq Qarabağdakı sülhməramlılarının sayının artırılmasına dair xəbərlər doğru deyil".
Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı deyib.
O, bölgədəki qurumlararası humanitar yardım mərkəzinin fəaliyyətini təmin etmək üçün əlavə heyət cəlb etdiklərini diqqətə çatdırıb.
Xatırladaq ki, Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri tərəfindən imzalanmış birgə bəyanata əsasən, Qarabağ münaqişəsi bölgəsində 10 noyabr tarixindən etibarən qüvvəyə minmiş atəşkəsə əməl olunmasına nəzarət məqsədi ilə Rusiyanın 1 960 canlı qüvvə, 90 zirehli daşıyıcı texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı birləşməsi yerləşdirilib. Bununla yanaşı, bölgədə 5 humanitar mərkəz yaradılıb.
Femida.az
Oxunub: 270
Oxşar xəbərlər
- Rusiyada baş vermiş yanğın zamanı 4 nəfər ölüb
- Rusiya XİN: ABŞ-la dialoqa hazırıq
- Rusiyada mədən çöküb, ölən var
- Rusiya Müdafiə Nazirliyindən Qarabağda son vəziyyətlə bağlı məlumat
- Rusiya Baydenin andiçmə mərasiminə dəvət aldı
- Rusiya Azərbaycana 15 mobil konteyner göndərdi - VİDEO
- Rusiyada yük maşını hərbi avtobuslara çırpılıb, dörd hərbçi ölüb
- Rusiya Müdafiə Nazirliyi Qarabağdakı son vəziyyətlə bağlı məlumat yayıb
- Rusiyada evdə yanğın olub, 7 nəfər ölüb
- Rusiyada təyyarələr toqquşdu: Ölənlər var