Rusiya Müdafiə Nazirliyindən Kəlbəcər açıqlaması


09:52     26 Noyabr 2020 2020/11/12721-1606368802_1606369979.jpg

Rusiya sülhməramlı missiyasının hərbçiləri Kəlbəcər bölgəsinin Azərbaycana təhvil verilməsi prosesinə nəzarət edib.

Femida.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, sülhməramlılar rayonun təhvil verilməsi zamanı mülki şəxslərin təhlükəsizliyini təmin edib.

Xatırladaq ki, Rusiya, Azərbaycan və Ermənistan rəhbərləri 10 noyabrda Dağlıq Qarabağda atəşkəsə dair razılaşma imzalayıblar. Razılaşma Ağdam, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılmasını, bölgəyə Rusiya sülhməramlılarının gətirilməsini nəzərdə tutur.

Femida.az

Açar sözlər:

Oxunub: 781