Şamaxıda COVID-19 xəstələri barəsində cinayət işi başlanılıb
10:54 26 Noyabr 2020

Şamaxı Rayon Polis Şöbəsinə (RPŞ) COVID-19 infeksiyasına yoluxmuş rayon sakinlərinin yaşayış yerlərini tərk etmələri barədə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Şamaxı rayonu Sabir qəsəbə sakini K.Mahmudovun, İkinci Çaylı kənd sakini F.Şirinovun, şəhər sakinləri R.Dəmirov və A.Abdullayevin koronavirus testlərinin nəticəsi pozitiv olduğuna görə, onlara ev şəraitində müalicə təyin edilib, qaydalara riayət etmələri tapşırılıb.
Lakin həmin şəxslər qaydaları pozaraq yaşadıqları evləri tərk ediblər.
Keçirilən müvafiq tədbirlərlə onların rayon ərazisində olduqları yer müəyyən olunub və əraziyə həkim briqadası dəvət edilib. Polis əməkdaşlarının da müşayiəti ilə onlar yaşadıqları ünvanlara geri qaytarılıblar.
Şamaxı RPŞ-nin İstintaq bölməsində həmin şəxslər barəsində cinayət işi başlanılıb.
Oxunub: 270
Oxşar xəbərlər
- Şamaxıda zəlzələ olub
- Şamaxıda 3 nəfər dəm qazından zəhərlənib
- Şamaxıda toy edənlər cərimələnib
- Şamaxıda 3 otaqlı ev yanaraq külə dönüb
- Şamaxıda 3 otaqlı ev yanaraq külə dönüb
- Şamaxıda "Mercedes" yanıb
- Şamaxıda Bakı sakinini avtomobil vurub - FOTO
- Şamaxıda körpələr-evi uşaq bağçası istifadəyə verilib
- Şamaxıda tikinti zamanı fəhlələr yıxıldı - Ölən var
- Şamaxıda məktəblinin törətdiyi ağır qəza ilə bağlı cinayət işi başlanıb