Fransanın Azərbaycandakı səfiri Senatın qətnaməsinə münasibət bildirdi
11:57 26 Noyabr 2020

Fransanın Azərbaycandakı səfiri Zaxari Qross ölkəsinin Senatı tərəfindən qondarma "Dağlıq Qarabağ Respublikasının" tanınması zəruriliyi haqqında qəbul edilmiş qətnamə layihəsinə münasibət bildirib.
Azvision.az xəbər verir ki, diplomat “Twitter” səhifəsindəki paylaşımında Fransa hökumətinin naziri Jan-Batist Lemuanın çıxışına diqqət çəkib.
“Aydın olması üçün bir daha təkrar edim. Axşam Fransa Senatında çıxış edən Fransa hökumətinin naziri deyib: “Fransa hökumətinin siyasəti birtərəfli qaydada “Dağlıq Qarabağ Respublikası”nı tanımaq deyil. Bu addım nə faydalı, nə də effektiv olacaq".
Səfirin fikrincə, Dağlıq Qarabağdakı münaqişənin həlli Fransanın birtərəfli jesti deyil, tərəflər arasındakı dialoq sayəsində reallaşacaq.
Qeyd edək ki, dünən Fransa Senatı qondarma "DQR"in tanınması zəruriliyi haqqında qətnamə qəbul edib.
Oxunub: 281
Oxşar xəbərlər
- Fransanın Azərbaycandakı səfiri 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib
- Fransanın 8 senatoru Qarabağla bağlı qətnaməyə verdikləri səsi geri götürdü
- Milli Məclis Fransanın həmsədrlikdən çıxarılması üçün hökumətə müraciət edib
- Nazirlik Fransanın tanınmış şəxslərini azad olunmuş ərazilərimizə dəvət etdi
- Fransanın Mərakeşdəki Baş Konsulu intihar edib
- Lavrov: "Qarabağda atəşkəs ABŞ və Fransanın iştirakı ilə həll olunub"
- Rövşən Rzayev Fransanın Azərbaycandakı səfiri ilə görüşüb
- Hikmət Hacıyev: “Fransanın ATƏT-in Minsk Qrupunun həmsədrləri adından danışmaq səlahiyyəti yoxdur”
- “Bu səfər Fransanın neytrallığına kölgə salır” - Hikmət Hacıyev
- İlham Əliyevin Fransanın “Figaro” qəzetinə müsahibəsi - TAM MƏTN