Milli Məclisdə Fransa Senatına etiraz bəyanatı qəbul olunub
12:26 26 Noyabr 2020

Milli Məclis noyabrın 25-də Fransa senatının Fransa hökumətini qondarma “Dağlıq Qarabağ Respublikası"nı tanımağa çağıran məsləhət xarakterli qəbul etdiyi qətnaməsi ilə bağlı bəyanat yayıb.
Bəyanatı deputat Cavanşir Feyziyev təqdim edib.
Bəyanatda deyilir ki, işğal edilmiş Azərbaycanın ərazilərində qeyri-qanuni yaradılan oyuncaq qurumun mövcudluğuna noyabrın 10-da son qoyulub: "Fransa Senatının qətanaməsində Azərbaycan tərəfindən Ermənistana qarşı Türkiyə Silahlı Qüvvələrinin iştirak etməsinə dair əsassız və saxta iddialar irəli sürülüb. Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə son qoyub, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi və Fransanın özünün dəstəklədiyi və digər mötəbər qurumların qəbul etdiyi qərarları təmin edib".
Oxunub: 756
Oxşar xəbərlər
- Karantin rejimi ilə bağlı hansı qərarlar dəyişdi? - Qısa İZAH
- 65 yaşdan yuxarı şəxslər nə zaman peyvəndlənəcək? - Tarix bilindi
- Prezidentin köməkçisindən Azərbaycanın aldığı vaksinlərlə bağlı açıqlama
- Bu iş yerlərinin fəaliyyətinə icazə verildi - SİYAHI
- Azərbaycanda sərt karantin rejimi yumşaldılır - Rəsmi
- Vaksindən ölümə görə kompensasiya veriləcək? - TƏBİB iddialara münasibət bildirdi
- Ədliyyə naziri: “Qanunsuz ayrılan 8 200 hektardan artıq torpaq geri qaytarılıb”
- BMT: Dünya pandemiyadan əvvəlki vəziyyətə qayıtmayacaq
- Bu sürücülər 40 manat cərimə olunacaq? – RƏSMİ
- İlham Əliyev: "Dünən gecə Şuşada qalmağa qərar verdik"