Noyabr ayı üzrə ünvanlı sosial yardımlar ödənilib
16:48 26 Noyabr 2020
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən noyabr ayı üzrə ünvanlı dövlət sosial yardımlarının da ödənişi həyata keçirilib.
Nazirlikdən Femida.az-a verilən məlumata görə, ünvanlı sosial yardım vəsaitləri həmin yardım təyin olunmuş ailələri təmsil edən şəxslərin hesablarına köçürülüb. Vətəndaşlar hesablarına köçürülmüş sosial yardım vəsaitlərini onlara verilmiş bank kartları vasitəsilə müvafiq bankın bankomatlarından əldə edə bilərlər.
Bundan əvvəl isə noyabrın 13-dək bu ay üzrə pensiyalar, ötən həftə isə noyabrın müavinət, təqaüd və kompensasiyaları ödənilib. Beləliklə, bu ay üzrə bütün sosial təminat növləri üzrə ödənişlər başa çatıb.
Femida.az
Oxunub: 685
Oxşar xəbərlər
- Noyabrın son gününə olan hava proqnozu açıqlanıb
- Noyabr ayının bütün müavinət və təqaüdləri ödənib
- Noyabrın 9-da Moskvada Azərbaycan və Ermənistan arasında iki yeni sənəd imzalanacaq
- Noyabrın 15-i Bakıya niyə istilik verilmədi? - RƏSMİ CAVAB
- Noyabrın 9-unda avtobusların fəaliyyəti bərpa olunacaq?
- Noyabrda Azərbaycana 241 min əcnəbi gəlib - İnfoqrafika
- Noyabrda yaz havası: 23 dərəcə isti olacaq
- Noyabrın 12-nə manatın məzənnəsi
- Noyabrın 7-nə manatın məzənnəsi
- Noyabrın 1-nə manatın məzənnəsi