Polşa səfirliyi viza müraciətlərinin qəbulunda dəyişiklik edir
17:05 26 Noyabr 2020

Polşanın Azərbaycandakı səfirliyi milli viza müraciətlərinin qəbulu qaydalarındakı dəyişikliklər edir.
Femida.az səfirliyə istinadla xəbər verir ki, dəyişikliklər 1 dekabr 2020-ci il tarixindən etibarən tətbiq olunacaq.
Belə ki, milli vizaya (D növü) müraciət edən hər kəs vizanın qüvvədə olma müddətini əhatə edən
sığorta ilə təmin olunmalıdır. Sığorta 24/7 qaynar xətt imkanı ilə təmin etməlidir, sığorta hadisələri üçün minimal sığorta həcmin məbləği 30.000 avrodur.
Sığorta şəhadətnaməsi bu tip hadisələrdən sığortalamalıdır: təcili və təxirəsalınmaz tibbi yardım və / və ya təcili xəstəxanaya yerləşdirmə xərcləri; sığortalı şəxsin xəstələnməsi və ya ölümü halında daimi yaşayış yerinə çatdırılması xərcləri.
Milli viza üçün müraciətlər planlaşdırılan gediş tarixindən 6 ay əvvəl edilə bilər (dənizçilər üçün 9 ay)
İşləmək üçün viza müraciəti təqdim etmək üçün Azərbaycan və Türkmənistan vətəndaşları xaricində Azərbaycanda qalan digər ölkələrin vətəndaşları 90 gündən az olmamaq şərtli ilə Azərbaycan Respublikasında yaşayış icazəsinə sahib olmalıdırlar.
Milli viza müraciəti barədə qərar 15 gün ərzində verilir (əsaslandırılmış hallarda baxılma müddəti 60 günə qədər uzadıla bilər)
Viza işinə yenidən baxılması üçün müraciət edildikdə qərar qəbul etmə müddəti 14 günə qədər uzadılır. 1 dekabrdan 2020-ci il tarixindən əvvəl başlanılmış və bağlanmamış viza işlərinə yeni qaydalar tətbiq olunmayacaq.
İşləmək məqsədi ilə vizaya müraciət edən insanlar əvvəlcədən olduğu kimi ilk ay üçün deyil, nəzərdə tutulmuş qalma müddəti boyunca sığortaya sahib olmalıdırlar. "Yaşayış icazəsi" müvəqqəti yaşayış kartı deməkdir.
Femida.az
Oxunub: 218
Oxşar xəbərlər
- Polşada ölən Müşviqin nəşi Azərbaycana gətirilir
- Polşada Azərbaycan Ordusuna dəstək aksiyası keçirilir
- Polşa prezidenti də İlham Əliyevi təbrik etdi
- Polşada 15 nazir karantinə yerləşdirildi - Koronavirusa görə
- Polşadan diri quş və quş məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulub
- Polşada azərbaycanlı iş adamları ilə görüş keçirilib
- Polşada parlament seçkiləri keçirilir
- Polşalı turist Şəkidə qəzaya uğrayıb
- Polşada turistləri ildırım vurdu, ölənlər var
- Polşada iğtişaş yaratmaq istəyən ermənilər saxlanıldılar