"Qarabağ" klubu UEFA-nın qərarına etiraz edəcək
18:08 26 Noyabr 2020

"Qarabağ" klubu Mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovla bağlı UEFA-nın yekun qərarına etiraz edəcək.
Bu barədə Femida.az-a Ağdam təmsilçisinin direktoru Emrah Çelikel məlumat verib.
Çelikel bildirib ki, klub bu yöndə lazımi tədbirləri görəcək: "Xəbər hələ çox yenidir, cəmi 15 - 20 dəqiqə əvvəl almışıq. Nə cür addım atacağımızı rəhbərliklə müzakirələrdən sonra qərar verəcəyik".
Çelikəl qərardan apellyasiya veriləcəyini də söyləyib: "Klubun mövqeyindən və Nurlan tərəfdən baxanda cəza çox ağırdır. UEFA-nın tabeliyində olan klub kimi onların qərarlarına hörmət etmək borcumuzdur. Ancaq haqsızlıq olduğunu düşündüyümüz halda lazımi etirazları edəcəyik. Qərarla bağlı UEFA-ya mütləq müraciət olunacaq".
Oxunub: 194
Oxşar xəbərlər
- Ermənistan Qarabağ müharibəsində iştirak edən əsgərlərinə pul vermədi
- Qarabağda 4 erməni hərbçinin cəsədi tapıldı
- Erməni KİV: Qarabağda 2300-dən çox erməni itkin düşüb
- Qarabağa avtobus reysləri açılacaq
- Ermənistan Qarabağ müharibəsində itkilərinin sayının artdığını açıqlayıb
- Ayvazyan həmsədr ölkələrin səfirlərilə Qarabağı müzakirə etdi
- Dağlıq Qarabağın Azərbaycanlı İcması yaxın gələcəkdə Şuşaya köçürüləcək
- Qarabağ Dirçəliş Fondunun fəaliyyət istiqamətləri müəyyənləşdi
- Qarabağ Dirçəliş Fondunun nizamnamə fondunun məbləği 1 milyon manatdır
- Qarabağda televiziya proqramlarının yayımı təmin olunub