İmişlidə COVID-19 xəstələrinə cinayət işi başlanılıb
19:12 26 Noyabr 2020

İmişli Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması istiqamətində genişmiqyaslı tədbirlər davam etdirilir.
DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan Femida.az-a verilən məlumata görə, RPŞ-nin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində 2 nəfər rayon sakini – E.Qəhrəmanov və P.Hüseynov koronavirus pandemiyasına yoluxmaqlarına baxmayaraq, yaşadıqları ünvanı tərk edərək karantin rejiminin tələblərini kobud şəkildə pozduqları müəyyən edilib.
Həmin şəxslər rayon ərazisində polis əməkdaşları tərəfindən saxlanılıb və müalicə aldıqları müvafiq ünvanlara aparılıb.
İmişli RPŞ-nin İstintaq Bölməsində hər iki şəxs barəsində cinayət işi başlanılıb.
Oxunub: 287
Oxşar xəbərlər
- İmişlidə yol qəzası olub, xəsarət alanlar var
- İmişlidə dələduzluq edən qadın saxlanılıb
- İmişlidə ferma yandı, 60 baş mal-qara tələf oldu
- İmişlidə 27 yaşlı şəxs güllələnib
- İmişlidə evdən 10 min manatlıq oğurluq edilib
- İmişlidə çay süzmək istəyən qadını “tok” vurub öldürdü
- İmişlidə qadını elektrik cərəyanı vurraraq öldürüb
- İmişlidə sürücü avtomobil tərəfindən vuruldu
- İmişlidə bıçaqlanma hadisəsi olub
- İmişlidə "Mercedes"lə motosiklet toqquşdu, sürücü öldü