TƏBİB: Azərbaycanda COVID-19 testi kifayət qədərdir
19:34 26 Noyabr 2020

Azərbaycanda COVID-19 testlərinin bitməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Bu gün ölkədə koronavirusun diaqnozu üçün kifayət qədər test ehtiyatı mövcuddur.
Bu barədə "Report"a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
"Sadəcə olaraq, gün ərzində götürülən testlərin sayı çox olduğundan labarotoriyaların iş gücünə təsir göstərir. Nəticədə təbii olaraq testin nəticələri bir qədər gecikmiş olur. Bu problemin aradan qaldırılması məqsədilə simptomsuz təmaslılardan testlərin götürülməsinə müvəqqəti məhdudiyyət qoyulması qərara alınıb", - qurumdan bildirilib.
Məlumatda vurğulanıb ki, hazırda ölkədə 37 laboratoriya mövcuddur: "Bu laborotoriyalarda gündəlik 10 000 testin aparılması nəzərdə tutulurdu, artıq müraciətlərin sayı çox olduğundan gün ərzində laboratoriyalara daxil olan test nümunələri nəzərdə tutulduğundan 2 dəfə (19 178) artıb.
Oxunub: 247
Oxşar xəbərlər
- Emin Əmrullayev: “Fikirlərim təhrif olunub”
- Konstitusiya Məhkəməsi: Lizinq müqaviləsi kredit deyil
- ŞAD XƏBƏR - Bu CƏRİMƏLƏR LƏĞV EDİLİR
- Qanuna dəyişiklik edilir - Sürücü hansı hallarda avtoxuluqan sayılacaq?
- Azərbaycan əsgəri minaya düşərək şəhid olub
- Xanlar Vəliyev: Ötən il Azərbaycan tarixinə qızıl hərflərlə yazılmışdır
- İlham Əliyev: Nəqliyyat-logistika sahəsində əməkdaşlıq daha yüksək səviyyəyə çatacaq
- Hərbi Prokurorluq: Cinayətlərin 99,5 faizi açılıb
- Erməni KİV: Qarabağda 2300-dən çox erməni itkin düşüb
- Azərbaycan Prezidenti: 2021-ci il də artıq qələbələrlə başlayır