Avropa çempionatı: İki gimnastımız finala yüksəldi
20:56 26 Noyabr 2020

Bu gün Ukraynanın paytaxtı Kiyevdə bədii gimnastika üzrə Avropa çempionatı start götürüb.
Femida.az -ın məlumatına görə, yeniyetmələrin mübarizəsində Azərbaycanın 2 gimnastı finala vəsiqə qazanıb.
İplə hərəkətlərdə Nərmin Bayramova, topla hərəkətlərdə Alina Gözəlova həlledici mərhələyə yüksəlib. Bayramova 19.150, Gözəlova isə 21.200 xalla ilk "8-liy"ə düşməyi bacarıb.
Axşam seansında çoxnövçülük üzrə komanda yarışları baş tutub. Azərbaycan yığmasının heyətində Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Məryəm Səfərova və Darya Sorokina xalça üzərinə çıxıb. Günün ən yaxşı nəticəsinə imza atan komanda 34.600 xalla cədvəldə ilk pilləni tutub.
Oxunub: 215
Oxşar xəbərlər
- İlham Əliyev Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibini qəbul edib
- Azərbaycanın Ermənistana qarşı ərizəsi Avropa Məhkəməsinə göndərildi
- Azərbaycan Körfəz və Avropa ölkələrinə pomidor ixrac etməyə hazırlaşır
- Nazir: “Azərbaycan Avropanın enerji təhlükəsizliyinə töhfə verməyə davam edir”
- Cənub Qaz Dəhlizi ilə Avropaya ilk qaz çatdırıldı
- Avropadan daha 10 azərbaycanlı deportasiya olunub
- Avropa İttifaqı Ermənistana 24 milyon avro yardım ayırıb
- Avropadan bir qrup azərbaycanlı deportasiya olundu
- Avropa Şurasının baş katibi: "Qarabağda atəşkəs razılaşmasını alqışlayıram"
- Avropa Gömrük Xidməti rəhbərlərinin virtual konfransı keçirildi