Ermənistanın 70-ə yaxın əsgər və zabitini məhv edən igid
21:12 26 Noyabr 2020

44 günlük Vətən müharibəsində şəhid əsgər və zabitlərmiz adlarını ən yeni tarixə qızıl hərflərlə yazdırdı. Onların sırasında əslən Quba rayonundan olan Sumqayıt şəhər sakini, xüsusi təyinatlı qüvvələrin giziri şəhid Mehrab Söhrab oğlu Niftəliyev də var.
“Report” xəbər verir ki, Niftəliyev Mehrab Söhrab oğlu 1985-ci il 13 may tarixində Quba şəhərində doğulub. 17 il Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Qərargahının tabeçiliyində olan Xüsusi Təyinatlı Qüvvələrdə qüsursuz xidmət edib. O, ölkəmizlə yanaşı, digər xarici ölkələrdə təşkil edilən hərbi təlimlərdə uğurlara imza atıb. O xüsusən çətin hərbi təlim sayılan "Qafqaz qartalı" və "EFES" təlimlərini keçib. Hərbi xidmətə başladığı ilk gündən bacarığı və atdığı addımları ilə komandanlığın diqqətini cəlb edən Mehrab Niftəliyev çox keçmir ki, döyüş bölgəsinə göndərilir. Ayrı-ayrı cəbhə bölgələrində erməni işğalçılarına qarşı ölüm-dirim savaşlarında iştirak edir.
Döyüş yoldaşları deyir ki, müharibənin ən qızğın döyüşləri Cəbrayıl, Füzuli və Şuşa döyüşləri istiqamətində olub ki, Mehrab da bu döyüşlərdə düşmənin bir neçə zabit və hərbi qulluqçusunu, eyni zamanda zirehli texnikasını şəxsən məhv edib. Mehrab Niftəliyev noyabrın 8-i Şuşada qəhrəmancasına şəhid olub. O, Sumqayıt şəhərindəki Şəhidlər xiyabanında dəfn edilib. Ailəlidir, 3 övladı var.
Oxunub: 799
Oxşar xəbərlər
- Ermənistanın Azərbaycana təzminat ödəməsinin mexanizmi açıqlanıb
- Ermənistanın XİN başçısına yeni müavin təyin edilib
- Ermənistanın məhv edilmiş daha 44 hərbçisinin adı açıqlandı
- Ermənistanın təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyan 10 günə ödəniləcək
- Ermənistanın sabiq Baş naziri Paşinyanı istefa verməyə çağırdı
- Ermənistanın müdafiə naziri Rusiyaya getdi
- Ermənistanın XİN rəhbəri Moskvaya getdi
- Ermənistanın muzdlu döyüşçüləri barədə hesabat hazırlandı
- Ermənistanın əsir götürdüyü əsgərlərlə müraciət hazırlanıb
- Ermənistanın yeni müdafiə naziri bu şəxs oldu