Düşməndən götürülən hərbi qənimətlər Bakıda - VİDEO


21:28     26 Noyabr 2020 20_11_26_1606408880.jpg

44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun düşməndən götürdüyü hərbi qənimət artıq Bakıya gətirilib.

Tankların paytaxtda olması barədə video sosial şəbəkələrdə yayılıb.

Ordumuzun qənimət kimi götürdüyü döyüş texnikaları dəmir yolu vasitəsi ilə Bakıya gətirilib.

Qeyd edək ki, yaxın zamanda düşmənin texnikalarının Azadlıq meydanında nümayiş etdiriləcəyi gözlənilir.




Açar sözlər:

Oxunub: 607