Paşinyan bir saatda iki dəfə Putinə zəng edərək onunla Qarabağı müzakirə edib
09:35 27 Noyabr 2020

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə bir saatda iki dəfə telefonla danışıb və Qarabağdakı vəziyyəti onunla müzakirə edib.
Femida.az xəbər verir ki, Paşinyan bu barədə özünün “Facebook” səhifəsində yazıb.
“Son bir saat ərzində iki dəfə Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışdım. Laçın dəhlizindəki yaşayış yerləri, itkin düşənlərlə bağlı problemi, axtarış əməliyyatlarını, məhkumların və həlak olanların cəsədlərinin mübadiləsi, sülhməramlıların yerləşdirilməsi və bölgədə nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılması ilə bağlı məsələləri müzakirə etdik”, - deyə Paşinyan öz paylaşımında bildirib.
Onun sözlərinə görə, belə müzakirələr mütəmadi, bəzən gündə bir neçə dəfə aparılır: “Xarakterini və tezliyini nəzərə alaraq bu müzakirələr barədə heç də hər zaman məlumat yaymırıq”.
Oxunub: 280
Oxşar xəbərlər
- Paşinyan Şuşanın Azərbaycan şəhəri olduğunu etiraf edib
- Paşinyanın 20 Yanvarla bağlı məqaləsi yenidən gündəmə gəldi
- Paşinyan erməni əsirlər və meyitlərlə bağlı Rusiyadan yardım istədi
- Paşinyan istefa verməyə hazır olduğunu açıqladı
- Paşinyanın səlahiyyətlərinin Sarkisyana verilməsi təklif olundu
- Paşinyan kilsədən qovuldu, Qafana buraxılmadı - VİDEO
- Paşinyan MDB-nin toplantısında iştirak etmir
- Paşinyan təcili Təhlükəsizlik Şurasını toplayır
- Paşinyan geri çəkildi, Ermənistanda bir sıra qadağalar aradan qaldırıldı
- Paşinyanın Rusiyaya səfəri ləğv edildi