Azərbaycan və İtaliya XİN başçıları arasında telefon danışığı olub
09:40 27 Noyabr 2020

Bu barədə Femida.az -a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Nazirlər bölgədə mövcud son vəziyyəti müzakirə edib, o cümlədən 10 noyabr 2020-ci il tarixli tam atəşkəs və hərbi əməliyyatların dayandırılması ilə əlaqədar imzalanmış üçtərəfli bəyanatın icrası və bəyanatdan irəli gələn bir sıra məsələlərin həyata keçirilməsini vacibliyini, bu bəyanatın bölgədə dayanıqlı sülh, təhlükəsizlik və rifahın təmin edilməsi baxımından əhəmiyyətini vurğulayıblar.
Nazirlər, həmçinin ölkələr arasında mövcud olan ikitərəfli əməkdaşlığın inkişafı barədə fikir mübadiləsi aparıblar. Çoxtərəfli formatlarda əməkdaşlığın genişlənməsi imkanlarını müzakirə ediblər.
Tərəflər, habelə qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
Oxunub: 197
Oxşar xəbərlər
- Azərbaycanda bu şəxslərə də hərbi xidmətdən möhlət veriləcək
- Azərbaycanda yeni texnologiya ilə sürtkü yağları istehsal edilir - Dünyada ilk
- Azərbaycanda daha 11 nəfər COVID-19-dan vəfat edib
- Azərbaycanda 51 ali təhsil müəssisəsi var
- Azərbaycanda avtobus və taksidən istifadə edənlərin sayı kəskin azalıb
- Azərbaycanda koronavirusa yoluxmuş şagird və təhsil işçilərinin sayı açıqlanıb
- Azərbaycan əsgəri minaya düşərək şəhid olub
- Azərbaycanda jurnalist qətlə yetirilib - FOTO
- Ötən il Azərbaycanda 197 nəqliyyat vasitəsi qaçırılıb
- İran XİN başçısının Azərbaycana səfərinin tarixi və proqramı açıqlanıb