İsmayıllıda sərtləşdirilmiş karantin rejimini pozan avtomobil ustaları cərimələnib


10:45     27 Noyabr 2020 20_11_27_1606459551.jpg

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman iki avtomobil təmiri məntəqəsinin sərtləşdirilmiş karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərdiyini aşkar ediblər.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Femida.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən həmin məntəqələrin fəaliyyəti dərhal dayandırılıb, avtomobil təmirçiləri-Hikmət Salehov və Fəzail Hüseynov barəsində cərimə protokolları tərtib olunub.

Açar sözlər:

Oxunub: 396