Balakəndə 82 yaşlı qadın qazdan boğulub


10:59     27 Noyabr 2020 20_11_27_1606459620.jpg

Balakəndə 82 yaşlı qadın qazdan boğulub.

Femida.az -ın məlumatına görə, hadisə rayonun Qullar kəndində qeydə alınıb. Kənd sakini, 1938-ci il təvəllüdlü Hürü Mohuma qızı Nastakalkova yaşadığı ünvanda qaz sızmasından boğularaq ölüb.

Meyit müayinə edilmək üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Balakən rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 371