Göyçayda 8 şəhid ailəsi və Qarabağ müharibəsi əlili evlə təmin olunub
12:31 27 Noyabr 2020
Bu gün Göyçay rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yeni inşa edilmiş mənzillərin açarları təqdim olunub.
APA-nın yerli bürosunun xəbərinə görə, Göyçay rayonunda evlərin təqdim edilməsi tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov, Göyçay rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova iştirak ediblər.
Qeyd edilib ki, bu gün 10 rayonda (Göyçay, Daşkəsən, Gədəbəy, Saatlı, Kürdəmir, Quba, Salyan, Şəmkir, Qazax, Ağdaş) şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 28 yeni fərdi yaşayış evi təqdim olunub.
Dövlət başçısının tapşırığına əsasən, 2020-ci ildə şəhid ailələri və müharibə əlillərinə rekord sayda - 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub və onların artıq böyük əksəriyyəti sahiblərinə təqdim edilib. İndiyədək isə Nazirlik tərəfindən 8451 mənzil və fərdi ev bu kateqoriyadan olan vətəndaşlara verilib.
Yeni fərdi evlə təmin olunan şəhid ailələrinin üzvləri, müharibə əlilləri erməni faşizmini məhv edən Ordumuzun misilsiz rəşadətindən və dünya hərb tarixinə əbədi həkk olunan uğurlu hərbi əməliyyatlarından, tariximizə şanlı qəhrəmanlıq səhifəsi kimi yazılan böyük Qələbəmizdən fərəh və qürur hissi ilə bəhs ediblər. Onlar bu parlaq Qələbəyə və həssas qruplara göstərilən yüksək qayğıya, bu gün yeni evlərlə təmin edildiklərinə görə Prezident İlham Əliyevə təşəkkürlərini ifadə ediblər.
Oxunub: 407
Oxşar xəbərlər
- Göyçayda məktəbli telefonu əlindən alındığı üçün intihar edib
- Göyçayda məktəb direktoru vəfat edib
- Göyçayda polisə xəsarət yetirilib
- Göyçayda həmkəndlisini öldürən şəxsin məhkəməsi başlayır
- Göyçayda qanunsuz narkotik satışına görə 6 nəfər həbs edilib
- Göyçayda “E-manat”dan 32 000 manat oğurlanıb
- Göyçayda şirkətdən 10 min manatlıq oğurluq edilib
- Göyçayda 25 min manatlıq oğurluq edən şəxslər saxlanılıb
- Göyçayda keçmiş məhkumdan odlu silah götürülüb
- Göyçaydan Lənkərana toya gələnlər qəzaya düşdü, ölən və yaralı var