“Qarabağda vəziyyət sabitləşir” - Zaxarova


14:13     27 Noyabr 2020 zaxarova.jpg

Dağlıq Qarabağda vəziyyət sabitləşməkdə davam edir.

Femida.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib. O bildirib ki, həftə ərzində Qarabağda vəziyyət sabitləşməyə doğru davam edib, atəşkəs pozuntuları, həmçinin Rusiya sülhməramlı kontingentinə qarşı təxribatlar qeydə alınmayıb.
Zaxarovanın sözlərinə görə, 10 noyabr üçtərəfli bəyanatının icrası ciddi insident olmadan davam edir.

XİN rəsmisi, həmçinin vurğulayıb ki, qeyd edilən müsbət meyillər Rusiya, Ermənistan və Azərbaycan liderlərinin təsdiqlədiyi və hazırda praktiki olaraq həyata keçirilən xəttin düzgünlüyünün sübutudur.

"Rus sülhməramlıları itkin düşən hərbçilərin və cəsədlərin axtarılmasında əlverişli şərtlər yaratmaqda davam edir. BQXK artıq fəal şəkildə fəaliyyət göstərir, eyni zamanda BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının ofisi, UNDP, UNESCO, UNICEF və Ümumdünya Səhiyyə Təşkilatı ilə işləyirik.

Rusiyanın Ermənistan və Azərbaycanla, eləcə də maraqlı xarici tərəfdaşlar və strukturlar tərəfindən birgə həyata keçirdiyi hərtərəfli tədbirlərin Cənubi Qafqazda sülhə və təhlükəsizliyə töhfə verəcəyinə inanırıq”.

Femida.az

Açar sözlər:

Oxunub: 332