Vasif Talıbov yaralı hərbçilərə baş çəkdi - FOTO
16:56 27 Noyabr 2020
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Vətən müharibəsində yaralanan və Naxçıvan Qarnizonunun Hərbi Hospitalında müalicələrini davam etdirən hərbçilərlə görüşüb.
Femida.az xəbər verir ki, Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-polkovnik Kərəm Mustafayev Ali Məclisin Sədrinə raport verib.
Ali Məclisin Sədri hospitalın ayrı-ayrı bölmələrində müalicə olunan hərbçilərin səhhəti və qidalanması ilə maraqlanıb, onlarla söhbət edib.
Ali Məclisin Sədri Hərbi Hospitalın kollektivi ilə görüşərək deyib:
“Vətən müharibəsində yaralanan hərbi qulluqçuların sağlamlıqlarının bərpası və xidmətə qaytarılması əsas məsələdir. Müalicənin effektli olmasında yüksək əhval-ruhiyyə mühüm şərtdir. Ona görə də hospitalda müalicə olunan hərbçilərlə fərdi şəkildə söhbət aparılmalı, sağalmalarına inam yaradılmalıdır. Həmçinin Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin imkanlarından da istifadə olunmaqla yaralı hərbçilərin müalicələrinə kömək göstərilməlidir”.
Ali Məclisin Sədri Hərbi Hospitalda tibbi xidmətin yaxşı səviyyədə təşkil olunmasına görə kollektivə təşəkkür edib.
Hospitalda müalicə alan əsgərlərə və yaralılara hədiyyələr paylanıb, gətirilmiş ərzaq məhsulları mətbəxə təhvil verilib.
Femida.az
Oxunub: 579
Oxşar xəbərlər
- Baş Prokuror Vasif Talıbovla görüşüb
- Vasif Talıbov İran nümayəndə heyəti ilə görüşdü
- Vasif Talıbov İran XİN başçısı ilə görüşüb
- Vasif Talıbov məmuru işdən çıxararaq yeni vəzifə verdi
- Vasif Talıbovdan yeni təyinat
- Vasif Talıbov İran səfiri ilə görüşdü
- Vasif Talıbov onları təltif etdi
- Vasif Talıbov prioritetləri açıqladı
- Vasif Talıbov banklarla bağlı tapşırıqlar verdi
- Vasif Talıbov Maliyyə nazirini işdən çıxardı