Məhkəmələrdə ərizə və şikayətlərin qəbulu qaydası dəyişdirildi
17:46 27 Noyabr 2020

Dekabrın 2-dən 23-dək məhkəmələrdə vətəndaşların qəbulu dayandırıldığından qəbul yalnız telefon, mobil və internet rabitəsi vasitəsi ilə həyata keçiriləcək.
Femida.az xəbər verir ki, bu, Ali Məhkəmənin xüsusi karantin rejimində məhkəmələrin fəaliyyəti ilə bağlı qərarında yer alıb.
Qərara əsasən, məhkəmələr fiziki və hüquqi şəxslərin ərizələrini, o cümlədən apellyasiya və kassasiya şikayətlərini yalnız poçt vasitəsilə və ya elektron şəkildə qəbul edəcəklər.
Qeyd edək ki, Ali Məhkəmə 2020-ci il 2 dekabr saat 06:00-dan 23 dekabr saat 06:00-dək təxirəsalınmaz qaydada baxılmalı olan, yaxud məhkəmə baxışının keçirilməsini tələb etməyən işlər istisna olmaqla, icraatlarında olan digər işlərə baxılması müvəqqəti olaraq təxirə salınması barədə qərar verib.
Femida.az
Oxunub: 1221
Oxşar xəbərlər
- Elçin Əfəndiyevin qızı Konstitusiya Məhkəməsinin hakimi təyin ediləcək
- Azərbaycanda məhkəmə prosesləri bərpa olundu
- Konstitusiya Məhkəməsi: Lizinq müqaviləsi kredit deyil
- 6 ayda məhkəmələrdə nə qədər həbs qərarı verilib? - STATİSTİKA
- Həbsdə olan keçmiş icra başçısının məhkəməsi təxirə salınıb
- Məhkəmələrə məhdudiyyətlərin tətbiqi yanvarın 25-dək davam edəcək
- Azərbaycanın Ermənistana qarşı ərizəsi Avropa Məhkəməsinə göndərildi
- Məhkəmə prosesləri 25 yanvaradək təxirə salındı
- Konstitusiya Məhkəməsi Ali Məhkəmənin sorğusunu icraata qəbul etdi
- Həbsdə olan sabiq icra başçısının məhkəməsinin vaxtı məlum olub