ƏDV-nin geri alınmasında yaranan çətinliklə bağlı rəsmi açıqlama
17:57 27 Noyabr 2020

Son günlər vətəndaşlardan “ƏDV geri al” layihəsi ilə bağlı tətbiq edilən müxtəlif tətbiqlər və həmin tətbiqlərdən istifadə edilən zaman ƏDV-nin geri alınmasında çətinliklərlə üzləşmələri barədə müraciətlər daxil olur.
Femida.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, vətəndaşlar ticarət və ictimai iaşə obyektlərində ödəmələr zamanı hesablanmış ƏDV məbləğinin qaytarılması üçün www.edvgerial.az saytı və “BirBank” tətbiqindən istifadə edə bilərlər. Rəsmi elan edilmiş bu sayt və “Birbank” tətbiqi ilə bağlı hər hansı çətinliklər mövcud deyildir və ödənilmiş ƏDV-nin geri alınması üçün qeyd edilən sayt və tətbiqdən istifadə edilməsi tövsiyə edilir.
Vətəndaşlar digər yaradılmış müxtəlif tətbiqlərdən istifadədə diqqətli olmalı, həmin tətbiqləri telefonlara yükləyərkən onların yaradılma məqsəd və şərtləri ilə tanış olmalıdırlar.
Femida.az
Oxunub: 220
Oxşar xəbərlər
- "ƏDV geri al" layihəsi çərçivəsində vətəndaşlara 33,4 mln. manat qaytarılıb
- ƏDV faizlərini geri alanlar üçün ikiqat qazanc!
- Teledərslərin yanvarın 15-nə olan cədvəli
- “Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
- Teledərslərin bu günə olan cədvəli
- İcbari tibbi sığorta xidmətləri bir il ƏDV-dən azad edildi
- ƏDV-nin qaytarılması ilə bağlı YENİLİK
- “Dərs vaxtı”nın bugünkü CƏDVƏLİ
- İcbari tibbi sığortanın ƏDV-dən azad edilmə müddəti artırıldı
- Azərbaycanda icbari tibbi sığortanın ƏDV-dən azad edilmə müddəti artırılır