Məişət zorakılığına məruz qalanların qeydiyyatı aparılacaq
18:47 27 Noyabr 2020
Polis orqanları tərəfindən məişət zorakılığına ilk dəfə və təkrar məruzqalma hallarının qeydiyyatı aparılacaq.
Trend-in məlumatına görə, bu barədə məlumat Prezident İlham Əliyevin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nda əksini tapıb.
Fəaliyyət Planına əsasən, 2020-2023-cü illərdə məişət zorakılığına dair vahid məlumat bankının fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə məişət zorakılığına ilk dəfə və təkrar məruzqalma hallarının qeydiyyatının polis orqanları tərəfindən aparılması və bu məlumatların vahid məlumat bankına operativ şəkildə ötürülməsinin təmin edilməsi ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə tapşırıq verilib. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsman) də prosesdə iştirakı tövsiyə edilib.
Femida.az
Oxunub: 492
Oxşar xəbərlər
- Dövlət Komitəsi Sumqayıtda əri tərəfindən zorakılıqla üzləşən qadınla bağlı məlumat yayıb
- Ermənistanda etiraz aksiyalarında zorakılıq halları artıb
- Qadınlara qarşı zorakılıqla beynəlxalq mübarizə günüdür
- Azərbaycanda 84 kişi zorakılıqla üzləşib
- Abşeronda taksi sürücüsü qadına zorakılıq tətbiq edərək bıçaqla hədələyib
- Bu il ailədaxili zorakılıq faktları haqqında 212 məlumat daxil olub- Komitə
- Gədəbəydə qadına qarşı zorakılıq göstərən şəxsə cinayət işi açılıb
- Qadına qarşı zorakılıq edən polis işdən çıxarıldı - RƏSMİ
- Məişət zorakılığı nəticəsində 13 qadın ölüb - 6 ay ərzində
- "Sorğularımıza bir cümlə deyirlər ki, bu heç bir qadına belə zorakılıq edilməyib"