Bağlanmış bankların 24 min əmanətçisinə kompensasiya ödənilib
10:09 28 Noyabr 2020

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) indiyə qədər ləğvedicisi olduğu “Atabank”, “Amrah Bank”, “AGBank” və “NBC Bank” ASC-lərin 23,9 min qorunan əmanətçisinə 597,558 milyon manat kompensasiya ödəyib.
Femida.az xəbər verir ki, bu barədə Fondun açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, “Atabank”ın 9,6 min əmanətçisi 234 milyon manat, “Amrah Bank”ın 5,7 min əmanətçisi 138 milyon manat, “AGBank”ın 4,5 min əmanətçisi 105,4 milyon manat, “NBC Bank”ın isə 4,1 min əmanətçisi 225,5 milyon manat kompensasiya alıb.
“Atabank” və “Amrah Bank”ın əmanətçilərinə kompensasiyaların ödənilməsinə 1 iyun 2020-ci il tarixindən başlanılıb və kompensasiyalar nağdsız qaydada “Kapital Bank” ASC-nin adlı debet kartları və “Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə 35 filialda ödənilir.
“AGBank” və “NBC Bank”ın əmanətçilərinə kompensasiyaların ödənilməsinə isə 16 iyun 2020-ci il tarixindən başlanılıb və kompensasiyalar nağdsız qaydada “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin adlı debet kartları vasitəsilə 20 filialda ödənilir.
“Əmanətlərin sığortalanması haqqında” qanuna əsasən, ADIF əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.
Femida.az
Oxunub: 261
Oxşar xəbərlər
- Dələduzlar bankların logo və adlarından istifadə edərək kart məlumatlarını ələ keçirirlər
- Ölkədə qan ehtiyatı azalıb - Qan bankı vətəndaşlardan kömək istədi
- “Qarabağ Dirçəliş Fondu”nun xəzinə və bank hesabları açıldı
- “Banklar haqqında qanun” dəyişdi
- Ceyhun Bayramov BMT, Aİ və Dünya Bankı rəsmiləri ilə Qarabağın bərpasını müzakirə edib
- Bakıda qadının bank hesabından pul oğurlanıb
- Azərbaycan banklarına əmanət qoyuluşu artıb
- Dollar neçəyə olacaq? – Mərkəzi Bank AÇIQLADI
- “Devalvasiya barədə söhbətlər cəfəngiyyatdır” - Elman Rüstəmov
- 830 şəhidin krediti silindi