İcra başçısı koronavirusdan öldü


10:27     28 Noyabr 2020 20_11_28_1606544871.jpg


Ağsu rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyev vəfat edib.

Femida.az-ın məlumatına görə, bunu Trend-ə açıqlamasında icra başçısının qohumları deyib. Məlumatına görə, V. Tağıyev bu gün axşam saatlarında xəstəxanada keçinib. Həkimlərin səyinə baxmayaraq V. Tağıyevin həyatını xilas etmək mümkün olmayıb.

Xatırladaq ki, icra başçısı bir müddət əvvəl koronavirusa yoluxmuşdu və Bakıdakı tibb mərkəzlərindən birində müalicə olunurdu.

Femida.az

Açar sözlər: #icrabaşçısı   #Ağsu  

Oxunub: 946